Avropa çempionatı: İlk gündə 5 güləşçimiz mübarizə aparacaq

Avropa çempionatı: İlk gündə 5 güləşçimiz mübarizə aparacaq

Bu gün Bakıda güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.

Mediasport.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunacaq yarışda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Azərbaycan təmsilçilərindən Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Həsən Həsənli (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) xalça üzərinə çıxacaq.

Azərbaycan yarışda ümumilikdə 27 güləşçi ilə təmsil olunacaq.

Qitə birinciliyi mayın 26-da yekunlaşacaq.