Hakimi döymək istəyən Şirvan futbolçusuna 5 oyunluq cəza
AFFA İntizam Komitəsi Həvəskar Liqanın I turu çərçivəsində keçirilən "Ərkivan" (Masallı) - "Şirvan" oyununda baş verən qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.
Mediasport.az xəbər verir ki, matçın 88-ci dəqiqəsində qonaq komandanın futbolçusu Taleh Fətəliyev hakimlər briqadasının ünvanına təhqiramiz ifadələr işlətdiyinə və baş hakimi vurmağa cəhd etdiyinə görə 5 oyunluq diskvalifikasiya edilib.
Qarşılaşmanın son anlarında isə meydan sahiblərinin azarkeşləri hakimlər briqadasını vurmağa cəhd ediblər.
“Ərkivan” klubu bu səbədən növbəti 3 ev görüşünü azarkeşsiz keçirəcək.