"Sabah" Çexiya səfərində meydana çıxacaq - FİBA Avropa Kuboku
“Sabah” basketbol klubu bu gün FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.
Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi D qrupunda üçüncü matçında Çexiyanın "Nimburk" komandası ilə qarşılaşacaq.
Praqada oynanılacaq matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək və "İctimai" tv vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Boban Mitevin baş məşqçisi olduğu komandamız ilk görüşündə səfərdə Şimali Makedoniyanın "Mornar" (75:80), ikinci dueldə isə Bakıda Türkiyənin “Bağçaşəhər” (65:83) klublarına məğlub olub.
“Nimburk” 4 xalla liderdir, “Sabah”ın hesabında 2 xal var.