Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirə yekun vurulub

Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirə yekun vurulub

UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə fakültələr arasında keçirilən futzal turnirinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan yarışın final qarşılaşmasında Metallurgiya və Materialşünaslıq fakültəsinin komandası Maşınqayırma və Robototexnika fakültəsinin kollektivini 3:2 hesabı ilə məğlub edib.

Çempion komanda AFFA tərəfindən kubokla mükafatlandırılıb.

Kuboku AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Azərbaycan Texniki Universitetinin rəsmi şəxsləri birlikdə təqdim ediblər.

Həmçinin turnirdə ilk üç yerin sahiblərinə müvafiq medallar təqdim olunub, fərqlənən oyunçulara müxtəlif nominasiyalar üzrə mükafatlar verilib.