Yay Olimpiya Oyunları: 16 milli komanda dörd qrupda yarışacaq

  Yay Olimpiya Oyunları: 16 milli komanda dörd qrupda yarışacaq

İyulun 26-da Fransanın paytaxtı Parisdə start götürəcək Yay Olimpiya Oyunlarındanda mübarizə aparacaq futbol üzrə milli komandaların adları müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 4 qrup üzrə ümumilikdə 16 yığma yarışacaq. İlk oyun 24 iyulda baş tutacaq. Final qarşılaşması isə 10 avqustda keçiriləcək.

Xatırladaq ki, Olimpiya Oyunlarında Macarıstan və İngiltərə 3, Argentina, Uruqvay, Braziliya və SSRİ milli komandası 2 dəfə qızıl medal qazanıb.

Paris-2024

A qrupu: Qvineya, Yeni Zellandiya, Fransa, ABŞ

B qrupu: Argentina, Mərakeş, İraq, Ukrayna

C qrupu: Özbəkistan, İspaniya, Misir, Dominikan Respublikası

D qrupu: Yaponiya, Paraqvay, Mali, İsrail