DÇ-2024: Yığmamız Bakıda Qazaxıstana məğlub olub

 DÇ-2024: Yığmamız Bakıda Qazaxıstana məğlub olub

Futzal üzrə Azərbaycan yığması DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində qrupda 3-cü oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda Bakıda qrupun əsas iddialısı lider Qazaxıstan seçməsi ilə qarşılaşıb.

İlk hissəni qalib başa vuran yığmamız fasilədən sonra qapısından 3 top buraxıb.

Yığmamız cari raundda bunadək qrupda Rumıniyaya məğlub olub, Niderlanda qalib gəlib.


DÇ-2024. Elit-raund. 3-cü tur


20:00 Azərbaycan - Qazaxıstan 2:4

Qollar: Hadi Ahmadi, 12, Maneka, 40 - Orazov 23, Junyor, 27, Tursaqulov, 36.

Hakimlər: Kirill Naişouler, Arttu Kyynaeraeynen, Paavo Komppa (Finlandiya)

Timekeeper: Anar Fərəcov (Azərbaycan)

Hakim-inspektor: Tarik Keço (Bosniya və Herseqovina)

UEFA nümayəndəsi: Sean Dipple  (İngiltərə)

Bakı. Bakı İdman Sarayı.