İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verildi

İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verildi

Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib.

mediasport.az xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, olimpiya çempionları, idman səfirləri və federasiya rəsmiləri iştirak ediblər.

Buz meydançası ölkəmizdə fiqurlu konkisürmənin inkişafına təkan məqsədilə yaradılıb. Burada hokkey idman növünün də inkişaf etdirilməsi üçün lazım olan şərait var.