Ölkəmizi Avropa birinciliyində 17 idmançı təmsil edəcək
Noyabrın 25-də Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürəcək.
Federasiyadan mediasport.az saytına verilən məlumata görə, 4 gün davam edəcək yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq.
Avropa birinciliyində baş məşqçi Rəşad Məmmədov və məşqçi Vurğun Cəfərov Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq), Fatimə Həsənova (51 kq), Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Abdulsübhan Dadaşlı (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (+65 kq) şans verəcək.