İdmançılarımız Finlandiyada AÇ-də 6 qızıl, 1 gümüş medal qazanıblar

İdmançılarımız Finlandiyada AÇ-də 6 qızıl, 1 gümüş medal qazanıblar

Azərbaycan idmançıları Finlandiyanın Salo şəhərində keçirilən pauerliftinq üzrə Avropa çempionatı uğurlu çıxış ediblər.

Mediasport.az xəbər verir ki, 3 təmsilçimiz yarışın mütləq çempionu olub.

Razim Hüseynov, Seymur Quliyev və Zaur Cəfərov bu uğura imza atıblar.

Əli Əsgərov, Elmir Tarverdiyev, Samir Məmmədov Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Jalə Əzizova isə gümüş medal qazanıb.