Millimiz Bolqarıstanda gümüş medal qazanıb - Avropa çempionatı
![Millimiz Bolqarıstanda gümüş medal qazanıb - Avropa çempionatı](https://mediasport.az/uploads/images/202310/image_750x_6533d0a14cb91.jpg)
Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında gümüş medal qazanıblar.
Mediasport.az xəbər verir ki, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər) bu nailiyyətə imza atıb.
Onlar çoxnövçülük proqramında ikinci yeri tutublar.