İdmançımız finişə 4 saniyə gec çataraq gümüş medal qazanıb
İtaliyada keçirilən akademik avarçəkmə üzrə "Paolo De Aloya" xatirə turnirində Azərbaycan təmsilçisi Diana Dımçenko ikinci olub.
Mediasport.az xəbər verir ki, 34 yaşlı idmançı bir nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci pillədə tamamlayıb və finala vəsiqə qazanıb.
O, Serbiyalı Arsik Yovanadan (08:01:16 - 08:05:47) dörd saniyə geri qalaraq turnirin gümüş mükafatına yiyələnib.
Diana Dımçenko ötən il eyni yarışda "qızıl" qazanmışdı.