Azərbaycan millisi Süleymanpaşa Optimist Kubokunda yarışacaq

Azərbaycan millisi Süleymanpaşa Optimist Kubokunda yarışacaq

Azərbaycan yelkən idmanı üzrə milli komandası Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək.

Mediasport.az xəbər verir ki, yığmamız VIII Beynəlxalq Süleymanpaşa Optimist Kubokuna qatılacaq.

Məşqçi Panagiotis Papadakisin rəhbərliyi ilə Kamilla Həsənova, Amira Bayramova, Mansur Səmədzadə, Səma Mansurzadə, Kamal Bəşirli, Yağmur Həsənli və Nurlan Ağazadə mükafatlar uğrunda yarışacaqlar.

Komandamıza Burcu Alqon Corciani rəhbərlik edəcək.

Turnir sentyabrın 1-5-də Süleymanpaşada (Tekirdağ) təşkil ediləcək.