"İkinci dəfə Olimpiya çempionu olmaq üçün əlimdən gələni edəcəm" - HİDAYƏT HEYDƏROV

"İkinci dəfə Olimpiya çempionu olmaq üçün əlimdən gələni edəcəm" - HİDAYƏT HEYDƏROV

Fransada keçirilən XXXIII Yay Olimpiya Oyunlarının qalibi Hidayət Heydərov çempionluq sevincini bölüşüb.

Mediasport.az xəbər verir ki, Parisdə 73 kq çkidə rəqib tanımayan cüdoçumuz növbəti hədəfinin 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasında da qızıl medal qazanmaq olduğunu açıqlayıb:

“Əsas hədəfim, əlbəttə ki, Los-Anceles Olimpiadasıdır, lakin o vaxtadək çoxlu yarışlar olacaq. Avropa çempionatı, dünya çempionatında da uğur qazanmaq istəyirəm. Qısa fasilədən sonra yenidən arenaya qayıdacağam. İkinci dəfə Olimpiya çempionu olmaq üçün əlimdən gələni edəcəm. Olimpiya çempionu olmaq üçün, ümumiyyətlə, idman yox, hər bir işdə bir şeyi ürəkdən istəmək lazımdır. İstədikləri axır-əvvəl olacaq”.