4 Olimpiadanın iştirakçısı Bakıda seminar keçdi

4 Olimpiadanın iştirakçısı Bakıda seminar keçdi

Gənclər və İdman Nazirliyində idman mütəxəssisləri üçün "İdmançılara psixoloji dəstək" mövzusunda seminar təşkil edilib.

mediasport.az xəbər verir ki, belaruslu mütəxəssis İrina Konon tərəfindən keçirilən tədbirə 20 federasiyanın nümayəndələri cəlb olunublar.

Seminarın əvvəlində qonağı və federasiya nümayəndələrini salamlayan gənclər və idman nazirinin müavini Mariana Vasileva bunun yerli mütəxəssislər üçün faydalı olacağına əmin olduğunu bildirib.

Belarusun Əməkdar Bədən Tərbiyəsi və İdman İşçisi olan İrina Konon Pekin, London, Rio de Janeyro və Tokio Yay Olimpiya Oyunlarında idmançılara psixoloji dəstək göstərib. Yüksək ixtisaslı idmançılar və məşqçilərlə 19 illik iş təcrübəsi var.