İtaliyada keçiriləcək olimpiadaların maskot və talismanı müəyyənləşib

İtaliyada keçiriləcək olimpiadaların maskot və talismanı müəyyənləşib

2026-cı ildə İtaliyanın Milan və Kortina-d'Ampesso şəhərlərində təşkil olunacaq Qış Olimpiya Oyunlarının maskotu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yarışın rəsmi talismanı Tina, Qış Paralimpiya Oyunlarının maskotu isə Milo adlandırılıb.

Hər iki maskot idman ictimaiyyətinə təqdim edilib.

Olimpiada 6-22 fevral, qış paralimpiadası isə 6-15 mart tarixlərində keçiriləcək.