İlk dəfə açıqlanan FİFA reytinqində millimiz 29-cu pillədə dayanıb

İlk dəfə açıqlanan FİFA reytinqində millimiz 29-cu pillədə dayanıb

FİFA ilk dəfə futzal üzrə milli komandaların reytinq cədvəlini açıqlayıb.

Mediasport.az xəbər verir ki, aktivində 1139.38 xal olan Azərbaycan millisi 29-cü pillədə qərarlaşıb.

Siyahıya isə 5 qat dünya çempionu Braziliya yığması başçılıq edir.

Mundialın son qalibi Portuqaliya 2-ci, İspaniya isə 3-cü yerdədir.

AÇ-2026-nın qrup mərhələsindəki rəqiblərimizdən Xorvatiya 16-cı, İsveç 83-cü, Yunanıstan isə 109-cu sıradadır.