Azərbaycan çempionu Türkiyə klubuna qarşı - Çemponlar Liqası

Azərbaycan çempionu Türkiyə klubuna qarşı - Çemponlar Liqası

Bu gün futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasinın ilkin mərhələsində ilk görüşünə çıxacaq.

mediasport.az xəbər verir ki, təmsilçimiz Türkiyə çempionu "İstanbul Şişli" ilə qarşılaşacaq. 

Matç Naxçıvan təmsilçisi və Azərbaycan millisinin çalışdırıcısı Vitali Borisovun baş məşqçi kimi rəsmi debütü və ilk rəsmi görüşü olacaq.

Qeyd edək ki, təmsilçimizin yer aldığı qrupda Türkiyə klubu ilə yanaşı, Almaniyanın “Yan Regensburq” və Latviyanın "Riqa" kollektivləri də var.

Bu qrupun oyunları Latviyada təşkil edilib. Oyunlar "CBC Sport"da canlı yayımlanacaq.


Çempionlar Liqası. İlkin mərhələ


“Araz-Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə)

Hakimlər: Arttu Kynaeraynen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr)

Timekeeper: Kiazo Leladze (Latviya)

Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

23 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00

"Araz-Naxçıvan": 1. Emin Kürdov (q,k), 7. Roma Lukas, 9. Lazar Milosavljeviç, 15. Erik Dannilo, 20. Amadeu, 12. Luka Pavloviç (q), 3. Tofiq Mikayılov, 6. Aleksiç Ninoslav, 10. İsa Atayev, 11. Xətai Bağırov, 13. Novruz Kazıxanov, 14. Xəzər Ağalızadə, 21. Katatao.