İlk finalçı müəyyənləşəcək: "İnter" yoxsa "Milan"? - Çempionlar Liqası

İlk finalçı müəyyənləşəcək: "İnter" yoxsa "Milan"? - Çempionlar Liqası

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk finalçı məlum olacaq.

mediasport.az xəbər verir ki, "İnter" finala daha yaxın görünsə də, əzəli və əbədi Milan derbisində ilk matçda qeydə alınan 2:0 hesabı hələ heç nə demək deyil.

Digər finalçı sabah Mançesterdə müəyyənləşəcək.


UEFA Çempionlar Liqası. 1/2 final. Cavab oyunları


23:00 “İnter” – “Milan” (ilk matç: 2:0)

Baş hakim: Klemen Turpin

Köməkçi hakimlər: Nikolya Dano və Benjamin Pay

Dördüncü hakim: Stefani Frappar

VAR: Jerom Brisar

AVAR: Benua Miyo

İtaliya, Milan. "Cüzeppe Meatsa" stadionu.