"Leypsiq" - "Real" oyununda Azərbaycana qarşı təxribat - FAKT
Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun dünən Almaniyanın "Red Bull Arena" stadionunda oynanılmış “Leypsiq” - “Real” (Madrid) qarşılaşmasında Azərbaycana qarşı təxribat olub.
mediasport.az xəbər verir ki, ev sahibi komandanın azarkeşlərinin yer aldığı tirbunada separatçıların qondarma "DQR" “bayrağı” asılıb.
FİFA və UEFA-nın qaydalarına əsasən, futbol matçları zamanı siyasi mesajlar, addımlar qadağan olunub.