"İnanıram ki, mərhələni biz keçəcəyik" - "Zirə"nin legioneri
"Sabah ilk oyundan daha gərgin matç olacaq. Çünki ilk görüşdən sonra rəqibin də müəyyən hazırlıqları olub. Bizi daha gərgin matç gözləyir".
Mediasport.az xəbər verir ki, bu sözləri "Zirə"nin müdafiəçisi Ruan Renato deyib.
Təcrübəli müdafiəçi UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab qarşılaması çərçivəsində sabah doğma meydanda Moldovanın "Şerif" komandası ilə keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb:
"Müəyyən komponentlərdə yaxşı oynayırlar. Sabah meydanda hər top uğrunda mübarizə aparan "Şerif" görə bilərik. Onlar sonadək mübarizə aparırlar. Ancaq bütün epizodları dəyərləndirməliyik. Azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. Ümidvaram ki, mərhələni biz keçərik".
Qeyd edək ki, iyulun 18-də "Dalğa Arena"da keçiriləcək "Zirə" - "Şerif" qarşılaşması saat 20:00-da başlanacaq.
Rəşad sadıqovun rəhbərlik etdiyi komanda ötən həftə Moldova səfərində 1:0 hesablı qələbə qazanıb.
Cütün qalibi 2-ci təsnifat mərhələsində “Elfsborq” (İsveç) - "Pafos” (Kipr) görüşünün qalibi ilə üz-üzə gələcək.