İspaniya millisində kapitan olmuş futbolçu "Turan Tovuz"da - RƏSMİ
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
MediaSport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 28 yaşlı ispaniyalı futbolçu Aleksandr Serrano ilə 1+1 illik müqavilə bağlayıb.
"Sportinq"in (Xixon) yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində "Malyorka", "Selta", "Salamanka", "Kornelya", "Qurnik" (Polşa) klublarının formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi "Hebar"ın şərəfini qoruyub.
Aleks Serrano müxtəlif yaş qrupları üzrə İspaniya milli komandalarının da formasını geyinib, kapitanlıq sarğısını daşıyıb.