Kamandan Oxatma Federasiyasının rəsmisi çadlı həmkarı ilə görüşdü
Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev və Çad Kamandan Oxatma Federasiyasının prezidenti, Çad Olimpiya Komitəsinin baş katibi Nguelet Kolombe arasında görüş baş tutub.
Mediasport.az xəbər verir ki, görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə qurulacaq əlaqələrin inkişaf perspektivləri və kamandan Oxatma üzrə mümkün layihələr müzakirə edilib.
Bu əməkdaşlıq hər iki ölkənin idmançıları üçün geniş imkanlar açaraq, gələcəkdə ortaq layihələrin reallaşmasına zəmin yaradacaq.