"Kəpəz"dən ilk transfer

"Kəpəz"dən ilk transfer

"Kəpəz" qış "transfer pəncərəsində" ilk transferini gerçəkləşdirib.

Mediasport.az xəbər verir ki, Gəncə klubu "Səbail"dən Amil Yunanovu icarə əsasında cari mövsümün sonuna qədər heyətinə qatıb.

Xatırladaq ki, Yunanov mövsümün ilk yarısında "dənizçilər"in heyətində 14 oyuna çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə edib.