"Kəpəz"in avtobus üçün 172 min manatdan çox pul xərcləyib

"Kəpəz"in avtobus üçün 172 min manatdan çox pul xərcləyib

"Kəpəz" klubu üçün alınan avtobusa xərclənən məbləğ açıqlanıb. 

Mediasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nəqliyyat vasitəsi 165 000 manata başa gəlib.

Platforma ilə əlaqədar xərclər 7,252 AZN tutub.

Ümumilikdə, avtobus üçün 172,352 manat xərclənib.

Məbləğin 63,676 manatı "Kəpəz100k" layihəsi, 105,372 manatı "Kəpəz" klubu, 3,304 manatı isə Futbolun İnkişafı Fondu tərəfindən ödənilib.