"Bu səviyyədə rəqiblə indiyədək qarşılaşmamışdıq" - Samir Əliyev

"Bu səviyyədə rəqiblə indiyədək qarşılaşmamışdıq" - Samir Əliyev

"Güclü komandaya qarşı oynadıq. Bu səviyyədə rəqiblə indiyədək qarşılaşmamışdıq".

Mediasport.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycanın U-21 milli komandasının baş məşqçisi Samir Əliyev deyib.

Təcrübəli mütəxəssis AVRO-2025-in seçmə qrup mərhələsi çərçivəsində Bakıda İngiltərə yığmasına qarşı keçirdikləri görüş haqda düşüncələrini bölüşüb.

O, 1:5 hesablı məğlubiyyəti belə şrəh edib:

"İndividual keyfiyyətləri olan futbolçulara qarşı oynadıq. Futbolçularımızdan heç bir narazılığımız yoxdur. Əllərindən gələni etdilər, lakin təəssüf ki, böyük hesabla məğlub olduq".