Bəhram Rəcəbzadə Belçikada Stefan Latesku ilə döyüşəcək
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə bu gün “Glory”də növbəti döyüşünü keçirəcək.
Mediasport.az xəbər verir ki, 32 yaşlı idmançı 95 kq-da reytinqin 4-cüsü olan rumıniyalı Stefan Latesku ilə qarşılaşacaq.
Görüş Belçikanın Antverpen şəhərində “Lotto” arenada baş tutacaq.
Bəhramla Lateskunun dueli gecənin əsas döyüşü olacaq.
Bakı vaxtı ilə saat 22:00-da başlanacaq gecədə daha 8 qarşılaşma keçiriləcək.
Xatırladaq ki, Rəcəbzadə peşəkar rinqdə 72 döyüşə çıxıb, 69-da qələbə qazanıb, 3-də məğlub olub.
Onun bu axşamkı rəqibi Latesku isə 20 görüşdən 17-də qalib gəlib, 3-də uduzub.