Azərbaycan idmançıları Tailand mundialında 3 medal qazanıblar

Azərbaycan idmançıları Tailand mundialında 3 medal qazanıblar

Azərbaycanlı idmançılar Tailandda keçirilən MMA üzrə dünya çempionatında uğurla iştirak ediblər.

Mediasport.az xəbər verir ki, Banqkok şəhərində baş tutan yarışda təmsilçilərimiz 3 medal qazanıblar.

Ehtiram Dərişov (61 kq) gümüş, Sərdar Sərdarlı və Tahirə Babayeva (hər ikisi 65 kq) bürünc medal əldə ediblər.