"İslamla döyüşə razılıq verdiyinə görə Aleksandra hörmət edirəm"
“Ultimate Fighting Championship”in (UFC – Mütləq Döyüş Çempionatı) orta çəki dərəcəsi üzrə keçmiş çempionu Maykl Bispinq sosial şəbəkə hesabında maraqlı paylaşımı ilə diqqət çəkib.
Mediasport.az xəbər verir ki, o, yüngül çəki dərəcəsi üzrə çıxış edən döyüşçülər İslam Maxaçevlə Aleksandr Volkanovskinin mübarizəsini riskli hesab edir:
“Fərqli üslubda döyüşən rəqiblə mübarizə aparmaq təklifini qəbul etdiyinə görə İslama, ən qısa zamanda İslamla döyüşməyə razılıq verdiyinə görə isə Aleksandra hörmət edirəm. Maraqlı qarşılaşma bizi gözləyir”.
İslam Maxaçevlə Aleksandr Volkanovski arasında döyüş oktyabrın 21-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.