Las-Veqasda 32 ildən sonra ilk dəfə "Formula 1" keçiriləcək
2023-cü il mövsümünün “Formula 1” maşınları kateqoriyasında avtomobil yürüşləri üzrə dünya çempionatının 21-ci mərhələsi ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərind start götürəcək.
Mediasport.az xəbər verir ki, şəhər trasında keçiriləcək Qran-pri yarışları noyabrın 19-da başlanacaq.
Yarışda “Mersedes” komandasından yeddiqat dünya çempionu Luis Həmilton, “Red Bull”un meksikalı pilotu Serxio Peres, "Aston Martin"dən ispaniyalı Fernando Alonso, "Mclaren"dən britaniyalı Lando Norris və "Ferrari"dən ispan Karlos Sayns mübarizə aparacaqlar.
Las-Veqas son dəfə 1981-1982-ci illərdə "Formula 1" mərhələlərinə ev sahibliyi edib.
Las-Veqas Qran-prisi bu mövsüm ABŞ-də keçiriləcək üçüncü "Formula 1" mərhələsi olacaq. Bundan əvvəl yürüşlər Mayami (Florida ştatı) və Ostində (Texas ştatı) olub.