Türkiyə yığmasının üzvləri Bakıda "Formula 1" yarışını izləyirlər - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında ölkəmizdə səfərdə olan Türkiyənin ağırlıqqaldırma üzrə Türkiyə milli komandasının üzvləri Nuray Güngör, Cansu Bektaş və Qəmzə Altun Bakıda start götürən “Formula 1” Qran-Pri yarışını izləyirlər.
mediasport.az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov sosial şəbəkə vasitəsilə paylaşımında bildirib.
Federasiya rəsmisi Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında medal qazanan atletlərlə birlikdə tribunada çəkilmiş şəklini paylaşıb. Qitə birinciliyində qızıl medal qazanmış Cansu Bektaş da şəxsi "instaqram" hesabının hekayə bölməsində bununla bağlı video yayımlayıb.
Azərbaycana dünən təşrif buyuran idmançılar və türkiyə Ağırlıqqaldırma Federasiyasının rəmsiləri əvvəlcə Fəxri Xiyabanı, ardından Şəhidlər Xiyabanının ziyarət ediblər.