Komandamız Avropa çempionatına hazırlıqları davam etdirir
17 yaşadək qızlardan ibarət milli həndbol komandamız avqustun 5-dən 13-dək Bakıda keçiriləcək Avropa çempionatına hazırlıqlarını davam etdirir.
Federasiyadan MediaSport.az saytına verilən xəbərə görə, hazırlıq prosesi baş məşqçi Sergey Kambur və köməkçisi Sakinat Abbasovanın rəhbərliyi ilə gündə 1 dəfə olmaqla, hər gün “AHF Arena”da təşkil olunur.
Çalışmalar əsasən taktiki-texniki istiqamətdə aparılır.
Millimiz "A" qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.
"B" qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları mübarizə aparacaqlar.