"Zəngəzur" "Borussiya"ya uduzub - 3-cü yer uğrunda oynayacaq
“Zəngəzur” Bolqarıstanda davam edən minifutbol üzrə Avropa Kubokunda çıxışını davam etdirir.
Mediasport.az xəbər verir ki, təmsilçimiz yarımfinalda Rumıniyanın “Borussiya” (Sibiu) klubuna (0:2) uduzub.
Əjdər Əjdərovun rəhbərlik etdiyi kollektiv 3-cü yer uğrunda görüşdə Rumıniyanın "Nova Vita" komandası ilə qarşılaşacaq.
“Zəngəzur” daha əvvəl qrup mərhələsində Bolqarıstanın Qalaktiko Vratsa (2:0) klubuna qalib gəlib, Yunanıstanın TMT (3:3) və Çexiyanın "Veşka Olomuts" klubu (1:1) ilə bərabərə qalmışdı.
Azərbaycan klubu 1/8 finalda “Mehkit”dən (1:0) üstün olmu., 1/4 finalda isə “Red Meit Tadrian” (0:0, penaltilər – 5:4) səddini keçmişdi.