Azərbaycan milli komandası dünya çempionatının yarımfinalında!

Azərbaycan milli komandası dünya çempionatının yarımfinalında!

Minifutbol üzrə Azərbaycan milli komandas; Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xeyma şəhərində təşkil olunan dünya çempionatında bu gün 1/4 final oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Bolqarıstan yığması ilə qarşılaşıb.

1/8 finalda Portuqaliya millisindən güclü olan futbolçularımız Bolqarıstan seçməsini də mübarizədən kənarlaşdıraraq tarixlərində ilk dəfə iştirak etdikləri mundialda yarımfinala vəsiqə qazanıblar.

Millimiz qrupda İraq, Misir və Küveytdən üstün olub - Müvafiq olaraq 2:0, 4:1, 3:1.

Komandamız sabah finala gedən yolda Qazaxıstan milliisi ilə üz-üzə gələcək.


Minifutbol. Dünya çempionatı. 1/4 final


21:00 Azərbaycan - Bolqarıstan 3:1

Qollar: Vüsal İsayev 28, Rəvan Kərimov, 32, Mirmehdi Rzayev, 36 - Vəli Qafarov, 40 (avtoqol)

BƏƏ, Ras Əl-Xeymə.