De Byazi sualdan sonra özündən çıxıb: "Siz sevinməyi bacarmırsız"
Futbol üzrə Azərbaycan yığma komandası AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində səfərdə Estoniya ilə qarşılaşıb.
Mediasport.az xəbər verir ki, komandamız 2 cavabsız qolla qalib gələrək cari seçmə tsikldə ilk qələbəsini rəsmiləşdirib.
Yığmamızın baş məşqçisi Canni De Byazi görüş haqqında fikirlərini bildirib.
İtalyan mütəxəssis oyuna yaxşı başladıqlarını bildirib: “Nəticədə ilk dəqiqədən qol vurduq. Fiziki cəhətdən güclü rəqibə qarşı mübarizə apardıq. Bu cür oyunda çox qaçmalısan, mübarizə aparmalısan. Əgər bunu etməsəydik, çox çətin ola bilərdi. Yaxşı oyun göstərdik. Əvəzetmələrə gəlincə, Rahil Məmmədov, Emin Mahmudov və Mahir Emrelini sarı vərəqələri olduğu üçün əvəzlədim”.
Canni De Byazi "Qələbə gözəldir, amma millimiz çoxdandır belə zəif rəqiblə qarşılaşmırdı" fikrinə sərt reaksiya verib: "Siz sevinməyi bacarmırsınız. Sual çətin deyil, sadəcə, sual verə bilmirsiniz..."
Qeyd edək ki, xal ehtiyatını 4-ə yüksəldən seçməmiz 3 gün sonra Bakıda Avstriya futbolçularını qəbul edəcək.