900 milyonluq müqavilə!
İngiltərə nəhəngi “Mançester Yunayted” dünya brendi “Adidas”la uzunmüddətli yeni müqavilə bağlayıb.
MediaSport.az xəbər verir ki, "qırmızı şeytanlar"ın Almaniya şirkəti ilə anlaşması 2035-ci ilə qədər nəzərdə tutulub.
Klub bu müqavilə ilə “Adidas”dan azı 900 milyon funt-sterlinq qazanacaq. “Daily Mail” yazır ki, bu, Premyer Liqa tarixində rekord müqavilədir.
Şirkət "mankunianlar"a bir il üçün 90 milyon funt ödəyəcək. Bu məbləğ əvvəlki müqavilədə hər il üçün 75 milyon idi.
Tərəflər arasında əməkdaşlığın əsası 2015-ci ildə qoyulub.