"Böhran vəziyyəti": "Mançester Siti" ardıcıl 3 oyunu məğlub başa vurub

  "Böhran vəziyyəti": "Mançester Siti" ardıcıl 3 oyunu məğlub başa vurub

Məşhur "Transfermarkt" portalı rəsmi "Instagram" hesabında İngiltərə nəhəngi "Mançester Siti"nin ardıcıl 3 oyunda meydandan məğlub ayrılmasını (1:2, "Tottenhem"; 1:2, "Bornmut"; 1:4, "Sportinq") "böhrən vəziyyəti" kimi dəyərləndirib.

Mediasport.az xəbər verir ki, eyni zamanda, paylaşımda "şəhərlilər"in 2016/2017 mövsümündən bu yana baş məşqçi Pep Qvardiolanın başçılığı altında aldığı böyükhesablı məğlubiyyətlərdən də bəhs edilib:

"Barselona" (0:4, 2016-cı ilin oktyabrı), "Everton" (0:4, 2017-ci ilin yanvarı), "Lester" (2:5, 2020-ci ilin sentyabrı), "Sportinq" (1:4, 2024-cü ilin noyabrı), "Liverpul" (0:3, 2018-ci ilin apreli), "Lester" (2:4, 2016-cı ilin dekabrı), "Liverpul" (1:3, 2022-ci ilin iyulu), "Olimpik" (Lion, 1:3, 2020-ci ilin avqustu), "Liverpul" (1:3, 2019-cu ilin noyabrı), "Çelsi" (1:3, 2016-cı ilin dekabrı).