Məşhur şirkətdən Bakıda finalçı olan idmançının ailəsinə sürpriz

Məşhur şirkətdən Bakıda finalçı olan idmançının ailəsinə sürpriz

Hindistanın “Mahindra&Mahindra” avtomobil şirkəti bu ayın əvvəlində Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda finala çıxan hindistanlı qrossmeyster Rameşbabu Praqnanandxanın valideynlərinə sürpriz hazırlayıb.

Mediasport.az xəbər verir ki, bu barədə şirkətin sədri Anand Mahindra yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, Praqnanandxanın valideynlərinə yeni avtomobil hədiyyə olunacaq.

“Hesab edirəm ki, onlara oğullarının uğuruna görə bu yolla öz təşəkkürümüzü bildirməliyik” – deyə, iş adamı vurğulayıb.

Qeyd edək ki, Rameşbabu Praqnanandxa Dünya Kubokunun finalında norveçli Maqnus Karlsenə uduzub.