Lionel Messi və ailəsi ölümlə təhdid edildi, polis dərhal hərəkətə keçdi
Argentina yığmasının lideri Lionel Messi ölkəsi və ailəsi vətənində ölümlə təhdid olunub.
mediasport.az xəbər verir ki, naməlum şəxslər Rosario şəhərində 35 yaşlı dünya çempionunun həyat yoldaşı Antonellanın ailəsinə məxsus marketə hücum edərək atəş açıblar.
Cinayətkarlar mağazanın divarlarına "Messi, səni gözləyirik" təhdidini qeyd ediblər. Hərəkətə keçən Argentina polisi hadisənin səbəbini və silahlı şəxslərin kimliyini araşdırır.