Elxan Səmədov müalicəsini Türkiyədə davam etdirəcək
Dekabrın 16-da Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov müalicəsini Türkiyədə davam etdirəcək.
Mediasport.az xəbər verir ki, bu barədə "Liv Bona Dea” Hospitalın mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, qurumun qəzada xəsarət alan prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyevin vəziyyəti yaxşıdır: "Onların müalicələri uğurla davam etdirilir. Elxan Səmədov müalicəsini öz istəyi ilə Türkiyədə davam etdirəcək”.
Qeyd edək ki, qəzaya düşən digər əməkdaşlar - Zaur Hacıməhərrəmov, Sənan Abdullayev və Elgiz Abbasov müəlicələrini başa vuraraq evə buraxılıblar.