Qadın güləşçilərimiz Albaniyadakı turnirə 1/8 finaldan başlayacaqlar
Albaniyanın paytaxtı Tiranada güləş üzrə 23 yaşadək idmançıların dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, yarışın 3-cü günündə millimiz 5 çəkidən 3-də təmsil olunacaq.
İdmançılarımız 1/8 finaldan xalçaya çıxacaqlar.
Elnurə Məmmədova (50 kq) 1/8 finalda Svenya Yunqo (İsveçrə) – Umi İto (Yaponiya) cütünün qalibi ilə qarşılaşacaq.
Gültəkin Şirinovanın (55 kq) rəqibi qırğızıstanlı Aruuke Kadirbek Kizi olacaq.
Gülər Məmmədova (59 kq) 1/8 finalda hindistanlı Anjili Anjilini sınağa çəkəcək.
Yarışda yeganə bürünc medalı hələlik yunan-Roma güləşçisi Nihat Quluzadə (60 kq) qazanıb.
Rəşad Məmmədov (55 kq) adını finala yazdırıb. Güləşçimiz həlledici görüşdə iranlı Ahmad Vafa ilə qarşılaşacaq.
Bürünc şansını qoruyan Xasay Həsənli (77 kq) təsəlliverici görüşdə belçikalı İbrahim Tabayavla üz-üzə gələcək.