Milli komandalarımız olimpiadada növbəti qələbələrini rəsmiləşdirdi

Milli komandalarımız olimpiadada növbəti qələbələrini rəsmiləşdirdi

Macarıstanın paytaxtı Budapeşt şəhərində 45-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması Finlandiyanı 3,5:0,5 hesabı ilə məğlub edib.

Qadınlardan ibarət millimiz Avstraliya ilə qarşılaşıb.

Təmsilçilərimiz 2 lövhədə qələbə qazanıb, 2 lövhədə heç-heçə qeydə alınıb.

İki turdan sonra komandalarımız iki qələbə ilə 4 xalla liderlər qrupunda yer alıblar.

Kişilərdən ibarət millimiz ilk turda İordaniyaya 3,5:0,5 hesabı ilə qəlib gəlib.

Qadınlardan ibarət yığmamız Nikaraquadan üstün olub - 4:0.

45-ci Şahmat Olimpiadası

Kişilərin mübarizəsi
Finlandiya - Azərbaycan 0,5:3,5

Toyvo Keynanen - Aydın Süleymanlı - 0,5:0,5

Vilka Spila - Nicat Abasov - 0:1

Mikael Aqopov - Rauf Məmmədov - 0:1

Henri Ladelma - Məhəmməd Muradlı - 0:1

Qadınların mübarizəsi

Avstraliya - Azərbaycan 1:3

Yuliya Rıjanova - Günay Məmmədzadə - 0:1

Jilin Janq - Gövhər Beydullayeva - 0,5:0,5

Tu Nquen - Xanım Balacayeva - 0:1

Jiayan Şen - Gülnar Məmmədova - 0,5:0,5