"Sabah"ın oyunu təxirə salınıb, "Sumqayıt" sürpriz edə bilməyib
"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu keçirilib.
Mediasport.az xəbər verir ki, ilk turda məğlub olmuş "Sumqayıt" "Xırdalan"la qarşılaşıb.
Əlavə vaxtın yaşandığı oyunun yekununda qələbəni "Xırdalan" qazanıb - 81:77.
Ən məhsuldar basketbolçular "Sumqayıt"dan Smit Roderik (20 xal, 14 ribaund), "Xırdalan"dan Cakori Arçi (29 xal, 8 ribaund) seçiliblər.
Qeyd edək ki, ikinci turun digər matçları ("Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi") bu gün və sabah baş tutacaq.
Turun "NTD-İndiqo" - "Sabah" görüşü Xaçmaz təmsilçisinin rəsmi müraciəti əsasında irəli bir tarixə qədər təxirə salınıb.