"Murov"dan növbəti qələbə

"Murov"dan növbəti qələbə

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü tura yekun vurulub.

mediasport.az xəbər verir ki, turun sonuncu oyununda “Murov” klubu “Xarı bülbül” ilə qarşılaşıb.

Qarşılaşma “Murov”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran komanda turnir cədvəlində liderliyini möhkəmləndirib. “Xarı bülbül” isə 3 xalla ikinci yerdə qərarlaşıb.