"Qarabağ" Avropa Kubokunda üçüncü mərhələyə yüksəldi

 "Qarabağ" Avropa Kubokunda üçüncü mərhələyə yüksəldi

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda 3-cü mərhələyə vəsiqə qazanıb.

Mediasport.az xəbər verir ki, II mərhələnin cavab oyununda Lüksemburqun "Differdanj" kollektivi ilə qarşılaşan təmsilçimiz 26:25 hesabı ilə qalib gəlib.

İlk matçda da rəqibini 27:24 hesabı ilə üstələyən "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, III mərhələnin görüşləri noyabrın 10-16-da keçiriləcək.