Boksçularımız Budvada dünya çempionatında iştirak edəcəklər

Boksçularımız Budvada dünya çempionatında iştirak edəcəklər

Oktyabrın 23-dən noyabrın 3-dək Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi keçiriləcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan yarışda 13 idmançı ilə təmsil olunacaq.

Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75 kq), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayeva (63 kq) mübarizə aparacaqlar.

Dünya birinciliyində beynəlxalq dərəcəli hakimimiz Emil Qurbanəliyev ədaləti qoruyacaq.

Nümayəndə heyətinə Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.