İki qız boksçumuz Belarusda bürünc medal qazandı - II MDB Oyunları

İki qız boksçumuz Belarusda bürünc medal qazandı - II MDB Oyunları

Azərbaycanın iki qadın boksçusu Belarusda keçirilən ll MDB Oyunlarında medal qazanıb.

mediasport.az xəbər verir ki, 48 kq-da çıxış edən Lalə Mədətova və 52 kq-da mübarizə aparan Nərmin Əlizadə bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, boks üzrə Azərbaycan yığmaları yarışda 16 idmançı ilə təmsil olunur.