Milli komandamız ilk görüşdə Belarus yığmasına məğlub oldu
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil edilən təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünü keçirib.
Mediasport.az xəbər verir ki, komandamız Belarus yığması ilə qarşılaşıb.
Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 4:2 hesablı qələbə qazanıb.
Millimizin heyətində qolları Ramil Əliyev və İsa Zeynallı vurublar.
Komandalar bu gün ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər. Eyni məkanda təşkil olunacaq qarşılaşma saat 18:00-da başlanacaq.
Qeyd edək ki, avqustun 1-dən yeni baş məşqçisi Sahib Məmmədovun rəhbərliyi altında təlim-məşq toplanışına başlayan Azərbaycan millisinin hazırlığı ayın 31-dək davam edəcək.