Milli komandamız qrupun bütün görüşlərini məğlubiyyətlə başa vurdu

Milli komandamız qrupun bütün görüşlərini məğlubiyyətlə başa vurdu

Basketbol üzrə Azərbaycan millisinin Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatının "B" divizionundakı növbəti rəqibi bəlli olub.

MediaSport.az xəbər verir ki, son oyunda Gürcüstan yığmasına da məğlub olan (66:81) və C qrupunun sonuncu pillədə tamamlayan yığmamız 17-20-ci yerlər uğrunda oyunda Lüksemburq seçməsi ilə qarşılaşacaq.

İyulun 14-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Görüş Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi yutub hesabından canlı yayımlanacaq. Millimiz əvvəlki matçlarda müvafiq olaraq Ukrayna, İsveç və Kosovo basketbolçularına da uduzub.