Millimiz Avropa çempionatında növbəti qələbəsini qazandı

Millimiz Avropa çempionatında növbəti qələbəsini qazandı

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C Divizionunda 5-9-cu yerlər uğrunda keçirdiyi ikinci oyununda da qələbə qazanıb.

mediasport.az xəbər verir ki, komanda Bakıda Andorra seçməsini 81:55 hesabı ilə məğlub edib.

Ötən gün ilk görüşündə Cəbəllütariqi 75:58 hesabı ilə üstələyən Azərbaycan yığmasının növbəti rəqibi San Marino olacaq.

Sərhədçi İdman Olimpiya Mərkəzində baş tutacaq görüş sabah keçiriləcək və saat 12:30-da başlanacaq.