Səid Nəcəfzadədən qızıl medal!

Səid Nəcəfzadədən qızıl medal!

Paralimpiya yığma komandamızın atleti Səid Nəcəfzadə İsveçrənin Notvil şəhərində keçirilən Qran-pridə uğurla çıxış edib.

mediasport.az xəbər verir ki, 2021-ci ildə Tokio Yay Paralimpiya Oyunlarında bürünc medal əldə etmiş idmançımız qızıl medal qazanıb.

Uzunluğa tullanma növündə 7,06 metr nəticə göstərən Nəcəfzadə bütün rəqiblərini geridə qoyub.